Mbappenin təqsirləndirildiyi zorlama işi üzrə təhqiqat başladı

İsveç polisi “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin təqsirləndirildiyi zorlama işi üzrə təhqiqata başladığını təsdiqləyib.

Arena.az xatırladır ki, daha əvvəl İsveç mətbuatında, Stokholm polisinin, Mbappe və qohumlarının keçən həftə iki gün qaldığı oteldə baş vermiş zorlama hadisəsindən bir qadının şikayət etməsindən sonra təhqiqata başladığı haqda məlumat yayılıb.

“Stokholmda iddia edilən zorlama ilə bağlı mətbuatda yayılmış xəbərlərdən sonra prokuror polisə zorlama şikayəti verildiyini təsdiqləyə bilər. Məlumata görə, hadisə 2024-cü il oktyabrın 10-da Stokholmun mərkəzindəki oteldə baş verib. İlkin istintaqı baş prokuror Marina Çirakova aparır. Prokuror mətbuat üçün əlçatan deyil, əlavə məlumat əldə edildikdə, mətbuat üçün yeni təqdimar göndəriləcək”, – “RMC Sport” dərgisi İsveç polisinin bəyanatın mətnindən sitat gətirir.

Bu hadisələr mənzərəsəində Kilian Mbappenin ətrafı ulduz futbolçunun adından təkziblə çıxış edib:

“Bu gün internetdə İsveç mətbuat orqanından yeni böhtan şayiələri yayılmağa başlayıb. Bu iddialar tamamilə yalan və məsuliyyətsizdir, onların yayılması isə qəbuledilməzdir.

Kilian Mbappenin simasının bu üsul surətilə məhv edilməsinə son qoymaq üçün həqiqəti üzə çıxarmaq və Kilian Mbappenin daim məruz qaldığı mənəvi təzyiq və böhtanda iştirak edən hər hansı bir şəxsi və ya kütləvi informasiya vasitəsini mühakimə etmək üçün bütün gərəkli hüquqi tədbirlər görüləcək”, – “RMC Sport” dərgisi Mbappenin ətrafının bəyanatının mətnini sitat gətirir.

Xatırladaq ki, futbolçunun özü də bu ittihamlara münasibətini bildirib və keçmiş klubu PSJ-nin bu işdə iştirakına eyham vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: