Argentinalı hücumçu Lionel Messi “Atlanta” ilə Liqa Kuboku oyununda vurduğu qollardan birini xüsusi üslubda qeyd edərək, ailəsinə ünvanlayıb.
Arena.az xəbər verir ki, o, vurduğu qollarından birini “Marvel” komikslərinin qəhrəmanı Qüdrətli Tor üslubunda qeyd edib.
İyulun 26-da keçirilmiş Liqa Kuboku oyununda “İnter Mayami” “Atlanta”nı 4:0 hesabı ilə məğlub edib. Argentinalı ulduz iki qol vurmaqla yanaşı, məhsuldar ötürmə verib.
Qolunu qeyd edərkən, Messi, superqəhrəman Tor üslubunda çəkic çağırırmış kimi davranıb və jesti ilə ailəsinə diqqətini ifadə edib.
Xatırladaq ki, Qüdrətli Tor Messilər ailəsinin böyük oğlu Tiaqonun sevimli superqəhrəmanıdır. “Marvel” komikslərinin Qüdrətli Tor obrazı alman-skandinav əsatirlərinin eyniadlı ildırımçaxan tanrısı Torun üzərində qurulub.
Qolu vurduqdan sonra Messi ailəsinə tərəf dönərək qolunu qeyd edib.



