Messi “Barselona”nın “Real” üzərində qələbəsini şərh etdi

“Barselona”nın keçmiş hücumçusu Lionel Messi İspaniya La Liqasının 11-ci turunda baş tutmuş “el klasiko”ya dair fikirlərini paylaşıb.

Arena.az xatırladır ki, Messinin sabiq komandası olan “Barselona” səfərdə əzəli rəqibi “Real” üzərində 4:0 hesablı qələbəyə sevinib.

Hazırda “İnter Mayami”də çıxış edən argentinalı ulduz özünün sosial şəbəkə hesabı üzərindən “blauqrana”nın bu möhtəşəm qələbəsinə bir cümlə ilə qarşılıq verib:

“Necə də gözəl qələbədir”, – “Leo” paylaşıb.

Xatırladaq ki, Lionel Messinin özü “el klasiko” çərçivəsində keçirilmiş oyunlarda vurduğu 26 qolla bu qarşılaşmalar tarixinin ən sərrast qolçusudur.

11 turdan sonra 30 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

“Barselona”nın yetirməsi olan Lionel Messi 2021-ci ilin yayına kimi məhz Kataloniya klubunun formasını geyinib. O, bu komandanın heyətində 778 oyuna çıxıb, 672 qol vurub, 303 məhsuldar ötürmə verib. “Leo” “Barsa”nın heyətində çoxlu titullar qazanıb, tarixi rekordlara imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: