Messi “İnter Mayami”nin yeni mövsüm üçün planlarından danışdı

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi “vağlar”ın MLS-in cari mövsümünə qurduğu strateji planları haqda söhbət açıb.

Arena.az “Barça Worldwide” dərgisinə istinadən məlumat verir ki, argentinalı ulduz bu barədə “İnter Mayami”nin MLS-in 3-cü turunda “Orlando Siti”ni 5:0 hesabı məğlub etməsindən sonra danışıb:

“Biz MLS üçün mübarizə aparmağa hazırlaşırıq və bu yolun uzun olduğunu bilirik. İndi yalnız başlanğıcdır və biz bunu yaxşı başa düşürük. Gəlin gedək və bunu etməyə çalışaq”, deyə Messi uzun yolun yolçuluğuna çıxdığını başa düşməyə əsas verib.

MLS müntəzəm çempionatının 3 oyunundan sonra “İnter Mayami” 7 xalla Şərq Konfransının yarış cədvəlinə başçılıq edib. “Orlando Siti” isə 2 oyundan 1 xalla 12-ci pillədədir.

Ümimi yarış cədvəlinə gəlincə, “İnter Mayami” 7 xalla 1-ci, “Orlando Siti” isə 1 xalla 25-ci pillədədir.