PSJ-nin sabiq hücumçu Lionel Messi klubdan ayrılmazdan əvvəl, komanda yoldaşı Kilian Mbappeyə “Real”a keçməyi məsləhət görüb.
Arena.az bu “Defensa Central”a istinadən Messinin bu xüsusda sözlərini diqqətinizə çatdırır:
“Mən sənin Barselona”ya keçməyini üstün tuturam, amma sən “Real”a keçmək istəyirsənsə, o zaman bunu et, sən həqiqətən yaxşı bir layihəyə layiqsən. Sən qalibsən”.
Vurğulayaq ki, Lionel Messi uzun müddət “Real”ın əzəli rəqibi “Barselona”da çıxış edib.
Xatırladaq ki, daha əvvəl Mbappe 2024/2025 mövsümü üçün PSJ ilə müqavilənin avtomatik yenilənməsi variantından imtina edib və bu halda Mbappe 2024-cü ilin yayında azad agentə çevrilər bilər. Hazırda mətbuatda yayılan xəbərlərə görə, Mbappe yay transfer pəncərəsində “Real”a keçmək istəyir. Mbappe özü isə növbəti mövsümü PSJ-də keçirmək istədiyini iddia edir.


