“Mançester Yunayted”in yeni transferi, ingilis yarımmüdafiəçi Meyson Maunt “Çelsi”ni tərk etməsinin səbəbini açıqlayıb.
Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən Mauntun bu xüsusda fikrini diqqətinizə çatdırır:
“Bir neçə ay əvvəl anladım ki, “Çelsi”nin planlarına daxil deyiləm. “Mançester Yunayted” seçimi olanda dərhal transferə razılaşdım. Çox əfsanəvi futbolçular bu klubda çıxış ediblər. Mən bu komandanın bir hissəsi olmaq istəyirdim”, deyə Maunt bildirib.
24 yaşlı Mauntun transferi üçün “qırmızı şeytanlar”ın “zadəganlar”a 60 milyon avrodan çox pul ödəyəcəyi açıqlanıb.
Meyson Maunt “Çelsi”nin yetirməsidir və 2005-ci ildən bu komandada idi. Maunt ümumilikdə “zadəganlar”ın heyətində 195 oyuna çıxıb, 33 qol vurub, 37 məhsuldar ötürmə verib. O, “mavilər”lə üç kubok qazanıb: UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatı.
Xatırladaq ki, Maunt bu yay transfer pəncərəsində “Mançester Yunayted”in ilk transferidir.


