Meyson Maunt “Mançester Yunayted”lə razılığa gəldi

Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt İngiltərə Premyer Liqasının digər təmsilçisi “Mançester Yunayted”lə razılığa gəlib.

Arena.az xəbər verir ki, bu barədə məşhur “The Telegraph” agentliyi məlumat yayıb.

Mənbədən alınmış məlumata görə, razılıqda şəxsi müqavilənin şərtləri müəyyənləşdirilib. Mançesterdə əmindirlər ki, Maunt “Çelsi”ni bu yay tərk etməyi planlaşdırır. Futbolçunun “zadəganlar”la müqaviləsi 2024-cü ildə başa çatacaq.

Bir müddət əvvəl Mauntun “Liverpul” və “Arsenal”ın hədəfiində olduğu deyilirdi. Ancaq onun çox güman ki, Mançesterə yollanacağı ehtimal edilir.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq əmindir ki, klub Mauntla müqavilə imzalamağa nail olacaq. Ancaq bu mərhələdə “Mançester Yunayted” 24 yaşlı ingilis yarımmüdafiəçinin transfer məbləğini “Çelsi” ilə razılaşdırmayıb.

“Transfermarkt” internet-portalı Mauntu 65 milyon avro məbləğində qiymətləndirir.

Cari mövsümdə Meyson Maunt “zadəganlar”ın heyətində 35 oyunda meydana çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə ilə fərqlənib. Komandası “Çelsi” isə Premyer Liqada uğursuz çıxış edərək mövsümü 12-ci sırada bitirməklə avrokuboklardan kənarda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: