Tezliklə “Mançester Yunayted”ə keçəcək “Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntun həftəlik məvacibi 290 min avro olacaq.
Arena.az bu barədə “The Telegraph”a istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, mümkün bonusların nəzərə alınması ilə Mauntun həftəlik gəliri 345 min avroya yüksələcək. Ümumilikdə, “Mançester Yunayted”lə müqavilənin bütün müddəti ərzində Maunt təxminən 90 milyon avro qazana bilər.
2022/2023 mövsümündə Maunt “Çelsi”nin heyətində 35 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə verib. O, bu komanda ilə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, klublararası dünya çempionatını qazanıb.
Mauntun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonunda başa çatacaq.
“Transfermarkt” internet-portalı Meyson Mauntu 60 milyon avro məbləğində qiymətləndirir.


