“Sabah”ın hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasında “Mançester Yunayted”ə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu sentyabrın 10-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində səfərdə İngiltərə nəhəngi “Mançester Yunayted”lə üz-üzə gələcək.
Mikels bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
32 yaşlı hücumçu yaxşı oyun nümayiş etdirəcəklərinə inandığını söyləyib: “Baş məşqçimizin də dediyi kimi, indi Çempionlar Liqasındayıq. Öz futbolumuzu oynamağa çalışacağıq. Bilirik ki, çətin olacaq. Daha əvvəl heç vaxt Avropa turnirlərində çıxış etməmişik. Amma oyunumuzu göstərmək üçün özümüzə çox inanırıq və bunu bütün dünyaya nümayiş etdirmək istəyirik”.
Xatırladaq ki, Mançesterdəki “Old Trafford” stadionunda baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


