Millətlər Liqasında finalçılar bəlli oldu

Futbol üzrə UEFA Millətlər Liqasında finalçılar müəyyənləşib. Arena.az xəbər verir ki, “Dördlər finalı”nda həlledici qarşılaşmaya son vəsiqə uğrunda Belçika və Fransa yığmaları üz-üzə gəliblər.

Turindəki “Yuventus” stadionunda baş tutan görüş kifayət qədər məhsuldar alınıb. İlk hissə belçikalıların 2:0 hesablı üstünlüyü ilə başa çatııb. Amma fasilədən sonra fransızlar buraxın bu qolların əvəzini artıqlaması ilə çıxa biliblər. Beləcə, beş qolun vurulduğu matçda əzmkar qələbə qazanan Fransa yığması ikinci finalçı olub.

Xatırladaq ki, yarımfinalın ilk görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlub etmişdi.

3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq. Bürünc medal uğrunda İtaliya və Belçiya yığmaları üz-üzə gələcək. Final görüşü isə İspaniya və Fransa yığmaları arasında olacaq.

İkinci dəfə təşkil olunan UEFA Millətlər Liqasında ilk “Dördlər finalı”nın qalibi Portuqaliya millisi olub.

UEFA Millətlər Liqası, final mərhələsi
Yarıminal
7 oktyabr

Belçika – Fransa 2:3
Qol: Y.Karrasko, 37. R.Lukaku, 41 – Benzema, 62. Mbappe, 69-pen. T.Ernandes, 90+1.
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Eduard Baytunger, Harm Osmers (hamısı Almaniya).
Turin. “Yuventus” stadionu.

Belçika: Tibo Kurtua, Tobi Alderveyreld, Ceyson Denayer, Yan Vertongen, Timoti Kastan, Aksel Vitsel, Yuri Tilemans, Yannik Karrasko, Kevin de Breyne, Eden Hazard, Romelu Lukaku.
Ehtiyat oyunçular: Simon Minolye, Kun Kastels, Dedrik Boyata, Dodi Lukebakio, Tomas Foket, Artur Teate, Hans Vanaken, Şarl de Ketelare, Leander Dendonker, Leandro Trossar, Mişi Batşuayi.
Baş məşqçi: Roberto Martines.


Fransa: Uqo Lyoris, Lukas Ernandes, Rafael Varan, Jül Kunde, Teo Ernandes, Benjamen Pavar, Adrin Rabyo, Pol Poqba, Antuan Qrizmann, Kilian Mbappe, Kərim Benzema.
Ehtiyat oyunçular: Benua Kostil, Mayk Menyan, Presnel Kimpembe, Orelyen Çuameni, Antoni Marsyal, Mussa Diabi, Leo Dyubua, Matteo Genduzi, Dayo Upamekano, Jordan Veretu, Luka Din, Vissam Ben Yedder.
Baş məşqçi: Didye Deşam.