Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirib.
Arena.az xəbər verir ki, Ukrayna yığması ilə oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə yekunlaşıb.
Azərbaycan millisinin heyətində Sabir Allahquliyev dubl edib, digər qolu isə Orxan Məmmədov vurub.
Penalti seriyasında daha dəqiq olan Ukrayna yığması yekunda 5:4 hesabı ilə qələbə qazanıb.
Azərbaycan millisi seçmə mərhələdə sonuncu oyununu sabah Almanıya yığmasına qarşı keçirəcək.
Millimiz ilk oyununda Portuqaliyaya da 2:7 hesabıyla uduzmuşdu.


