“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Molde” bu gün Norveç çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda 22-ci tur çərçivəsində doğma meydanda “Odd” klubu ilə üz-üzə gəlib.
Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər – 4:1. “Qarabağ”ın rəqibi hər hissədə 2 qol vurub.
“Molde” bu mövsüm keçirdiyi 21 oyunda 40 xal qazanıb və 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk matçını məhz Norveç klubuna qarşı keçirəcək. Bu komandalar arasındakı ilk matç sentyabrın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 20:45-də start veriləcək.
“Qarabağ”ın yer aldığı H qrupunda “Hakken” (İsveç) və “Bayer” (Almaniya) də var.


