“Neftçi” gənc müdafiəçisi Elton Əlibəylini icarəyə verib. Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi “Səbail”ə keçib.
Bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb. Klublar arasındakı razılaşmaya əsasən, Elton növbəti 2 ildə “Səbail”də çıxış edəcək.
Qeyd edək ki, ötən mövsüm “Neftçi-2” ilə Birinci Divizionun çempionu olan Elton Əlibəyli əsas komandanın heyətində bir rəsmi oyunda meydana çıxıb.


