“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün sonuncu – 36-cı turunda “Sabah”la qarşılaşacaq.
Arena.az xəbər verir ki, “ağ-qaralar” artıq bu oyuna hazırlığı başa vurublar.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, bərpa prosesi keçən Emil Balayev bu matçı buraxmalı olacaq. Komanda ilə məşqləri bərpa edən kapitan Emin Mahmudovun meydanda olub-olmayacağına isə oyun günü aydınlıq gələcək.
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı bu gün – mayın 25-də “Neftçi Arena”da keçiriləcək. Qarşılaşmaya saat 19:00-da start veriləcək.


