“Neftçi” “Qəbələ” ilə oyuna ciddi itkilərlə hazırlaşır

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” bu oyuna ciddi itkilərlə hazırlaşır.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bir müddətdir zədəli olan Qara Qarayev artıq komanda ilə məşqlərə başlayıb. Azər Əliyev və Reziuan Mirzov isə fərdi qaydada və qismən komanda ilə hazırlıq keçirlər. Müalicə prosesini davam etdirən Kilan Lebon da fərdi məşqlərlə kifayətlənir.

Ataa Caber isə Asiya Kubokunun oyunları ilə bağlı Fələstin milli komandasının düşərgəsindədir.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində yanvarın 28-də keçiriləcək “Neftçi” – “Qəbələ” oyununa saat 17:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: