Neymar: “Mən, Messi və Mbappe dünyada ən yaxşılarıq”

PSJ-nin hücumçusu Neymar özü, Kilian Mbappe və Lionel Messidən ibarət hücum üçlüyü barədə danışıb, uğursuzluqlara şərh verib.

Arena.az Neymarın “CazeTV” “YouTube” kanalında müsahibəsindən bu xüsusda fikirləri təqdim edir.

O, PSJ-nin “trio”sunun niyə böyük uğur qazana bilməməsi ilə bağlı fikirlərini belə izah edib:

“Qalaktikos” Çempionlar Liqasını qazana bilmədi, o səbəbdən də bu, problemin yalnız bir hissəsidir. Bizim çox güclü komandamız vardı. Mən, Messi və Mbappe dünyanın ən yaxşısı olan üç oğlanıq, bunu bilirik, amma təəssüf ki, bu, işə yaramadı, bu, bizim üçün mənfimiz oldu. Aydındır ki, biz hər şeyi qazanmaq istəyirdik, paltardəyişmə otağında yaxın idik, amma bəzən futbol ədalətsiz olur, bu, reseptlə tort hazırlamaq kimi deyil”, deyə braziliyalı futbolçu açıqlayıb.

Xatırladaq ki, üçlüyün PSJ macərası iki il sürüb. Nə qədər çalışsa da, ulduz “trio” PSJ-nin ən mühim layihəsi olan UEFA Çempionlar Liqasını qazana bilməyib. Bu yay argentinalı ulduz hücumçu Messi Parisi azad agent qismində tərk edərək, MLS təmsilçisi “İnter Mayami”yə keçib. Kilian Mbappe PSJ ilə “Real” arasında vurnuxur. Neymar isə həmişəki kimi, öz kefindədir: dəbdəbəli həyatını sürür, gecə şənliklərində əylənir və adı daim qalmaqallarda hallanır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: