“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar PSJ rəhbərliyini və Fransa yığmasının ulduzu Kilian Mbappeni tənqid edən paylaşmanı bəyənib.
Arena.az “Jogada Ensaiada” dərgisinə istinadən, həmin paylaşmanı təqdim edir:
“PSJ futbol idarəçiliyinin nümunəsidir. Onlar ən yaxşı oyunçuları toplamağa və planetin ən yaxşı heyətini formalaşdırmağa müvəffəq oldular.
Komanda qurmağa başlayanda bir fransızın eqosu atmosferi pozmağa başladı. Mbappe özünü öz qabında hiss etməməyə başladı – komandanın əksəriyyəti ispanca danışırdı və o, klubu tərk etməklə hədələdi. Sevimlilərini itirməmək üçün PSJ Mbappenin fikirlərini bölüşməyənləri satmağa və onun xahiş etdiyi fransızları imzalamağa başladı.
Bütün istəklər yerinə yetirildikdən sonra isə Mbappe mövsümün sonunda PSJ-dən ayrılacağını açıqladı. PSJ-nin başına gələn belə oldu”, – dərginin paylaşmasında deyilir.


