Futbol üzrə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olmuş “Sabah” qapıçısı Nicat Mehbalıyev ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
26 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Nicat Mehbalıyev 2021-ci ildən “Sabah”ın formasını geyinirdi. O, paytaxt təmsilçisinin heyətində 26 oyuna çıxıb, 26 qol buraxıb, 9 matçda qapısını toxunulmaz saxlayıb.
Mehbalıyev “Sabah”ın heyətində 2 dəfə Azərbaycan Kubokunu qazanıb, 1 dəfə ölkə çempionu olub.
Nicat karyerası ərzində “Qəbələ”, “Qarabağ” və “Sumqayıt”ın da formasını geyinib. Azərbaycanın U-19 və U-21 yığmalarında oynamış qolkiperə əsas millimizdə debüt qismət olmayıb.


