Niqmatullin: “Messi ilk mənzilini rus rayonunun göbəyində alıb”

Rusiya yığmasının keçmiş qapıçısı Ruslan Niqmatullin “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi haqda maraqlı məlumat paylaşıb.

Arena.az məlumat verir ki, Niqmatullin “Eto futbol, brat!” “YouTube” kanalına müsahibəsində bildirib ki, Messi Mayamidə özünün ilk mənzirini şəhərin rus rayonunun tam mərkəzində alıb:

“Messi ilk mənzilini rus rayonu San-Aylasın tam mərkəzində alıb, onun “Porsche Tower” binası var. Əslində bu, çox dəbdəbəli, çox yaxşı bölgədir. Bəlkə də o, latınamerikan bölgəsində bir yer seçsəydi, sadəcə parçalanacağı ilə əlaqədardır. Baxmayaraq ki, onu elə, belə də parçalayırlar. Nəticədə o, indi “İnter Mayami”nin məşq etdiyi bazaya yaxın köçüb”, deyə Niqmatullin bildirib.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 19 oyun, 16 qol və 7 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: