“Nyukasl” Mbappeni məsxərəyə qoydu

“Nyukasl” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində PSJ-ni darmadağın etdikdən sonra maraqlı gedişi ilə gündəmə gəlib.

Arena.az məlumat verir ki, İngiltərə klubu 4:1 hesablı möhtəşəm qələbədən sonra sosial şəbəkə hesablarında oyundan maraqlı məqamı əks etdirən şəkil paylaşmaqa, PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappeni məsxərəyə qoyub.

Belə ki, “bu fotodakı iki oyunçu dünən axşam qol vurdu” yazısı ilə dərc edilmiş şəkildə “sağsağanlar”ın müdafiəçiləri – Den Börn və Fabian Şerin qarşısında Kilian Mbappeni acizlik ifadə edən vücudu və siması diqqət çəkir.

Oyun məqamından verilmiş maraqlı şəkil sosial şəbəkərlədə müxtəlif səpgili xeyli şərh yığıb.

Xatırladaq ki, “Nyukasl” 20 ildən sonra ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb. Turnirin açılış turunda “sağsağan”lar “Milan”la “quru” heç-heçəyə nail olublar – 0:0. Və məlum olduğu kimi, 2-ci turda isə PSJ-yə “autsayder qapazı” çəkiblər. Turniröncəsi qrupun autsayderi sayılan “Nyukasl” hazırda 4 xalla F qrupunun lideridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: