“Kəpəz”in yarımmüdafiəçiləri Olavale Onanuqa ilə Tural Rzayev, eləcə də müdafiəçi Şakir Seyidov zədədən əziyyət çəkir.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda Premyer Liqanın 10-cu turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyuna itkilərlə çıxacaq. Üç futbolçu zədəyə görə matçı buraxacaq. Legionerlərdən Olavale Onanuqa, yerli oyunçulardan isə Şakir Seyidov və Tural Rzayev meydana çıxa bilməyəcək.
Xatırladaq ki, “Kəpəz” “Zirə” ilə bu gün Tovuz şəhər stadionunda üz-üzə gələcək. Oyuna saat 15:00-da start veriləcək.
“Kəpəz” Premyer Liqada 9 turdan sonra 5 xalla sonuncu pillədə qərarlaşıb. “Zirə” isə 19 xalla ikincidir.


