Altı çəki dərəcəsində keçmiş dünya çempionu, əfsanəvi amerikan boksçu Oskar de la Hoyya öz fikrincə, dünyanın ən yaxşı boksçusunu açıqlayıb.
Arena.az məlumat verir ki, De la Hoyya bu barədə “FightHype.com” “YouTube” kanalına müsahibəsində danışıb:
“Hazırda çəki dərəcəsindən asılı olmayaraq, dünyanın ən yaxşı döyüşçüsü? Məncə, bu, Krouford olmalıdır. Kimi döydüyünü və bunu necə etdiyini nəzərə alsaq… Hesab edirəm ki, onun xidmət siyahısı öz sözünü deyir. Bu, Krouford olmalıdır”, deyə Oskar De la Hoyya vurğulayıb.
Terens Kroufordun 35 yaşı var. Amerikan boksçu yüngül çəki dərəcəsində keçmiş dünya çempionu (61,2 kiloqrama qədər), həmçinin birinci yarımorta divizionda (63,5 kiloqrama qədər) mütləq çempiondur.
Xatırladaq ki, bu il iyulun 30-da Krouford həmyerlisi Errol Spensi 9-cu raundun əvvəlində məğlub edərək, yarımorta çəkidə (66,7 kiloqrama qədər) mütləq çempion olub. Ümumilikdə Kroufordun 40 döyüşü və 31 nokautla olmaqla 40 qələbəsi var!


