Kosovonun “Dukagini” klubunun Nigeriyadan olan hücumçusu Otto Con Azərbaycan təmsilçisi “Turan Tovuz”a transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı forvardla 2 illik rəsmi müqavilə imzalanıb.
Otto Con 2022-ci ilin avqust ayından “Dukagini”də forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 33 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Hücumçu daha öncə “Priştina” (74 oyun, 33 qol, 7 assist), “Skenderbeu” (50 oyun, 7 qol, 5 assist) və “Trepça” (26 oyun, 21 qol) kimi klublarda da forma geyinib.
Xatırladaq ki, “Turan Tovuz” Otto Condan öncə Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Martin Petkov və Paçunu da transfer etmişdi.
Əyalət klubunda Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze və Belaydi Pusi ilə də yeni müqavilə imzalanıb.
Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov, Siyanda Xulu və Ehtiram Şahverdiyev isə komandanı tərk ediblər.


