Fransa yığmasının sabiq üzvü Patris Evra “xoruzlar”ın Almaniyada keçirilən Avropa çempionatındakı (AÇ-2024) imkanlarını dəyərləndirib.
Arena.az Evranın bu barədə fikirlərini təqdim edir:
“Bizim üç heyət, üç komandamız var. İstənilən oyunçunu dəvət edə bilərik və komanda yenə də güclü görünəcək. Amma Fransanın ən böyük düşməni Fransanın özüdür”, deyə Patris Evra vurğulayıb.
Xatırladaq ki, AÇ-2024-ün D qrupunda yer almış Fransa yığması ilk oyununa sabah – iyunun 17-də çıxacaq. Sözügedən komandanı Avstriya milli komandası ilə duel gözləyir. Bu qrupda ilk oyun bu gün Niderland və Polşa yığmaları arasında baş tutub. Rəqibi üzərində 2:1 hesablı əzmkar qələbəyə sevinmiş Niderland millisi hazırda 3 xalla vahid liderdir.


