“Barselona” “blauqrana”nın gənc ispan mərkəz müdafiəçisi Pau Kubarsi ilə anlaşaraq, futbolçu ilə müqaviləsini yeniləyib.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Tərəflər arasında yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Kataloniya nəhəngi istedadlı gənc müdafiəçisini gələcəkdə digər klubların ciddi transfer hücumlarından qorumaq məqsədilə, Kubarsi müqabilində təzminat haqqını 500 milyon avro məbləğində müəyyənləşdirib.
Pau Kubarsi “Jirona”da futbola qədəm qoyub. İspan müdafiəçi buradan “Barselona”nın akademiyasına yol tapıb.
Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 20 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Pau Kubarsi 2024-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib, məhsudlar fəaliyyəti ilə diqqət çəkməyib.
Kubarsinin qənimətlər muzeyində İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku var.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispan müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


