Piruz Marakvelidze “Turan Tovuz”da qaldı – Rəsmi

2023/2024 mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Turan Tovuz” yarımmüdafiəçisi Piruz Marakvelidze ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, Gürcüstandan olan 28 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.

O, 2023/2024 mövsümünün sonunadək bu komandanın şərəfini qorumağa davam edəcək.

Piruz Marakvelidze 2022-ci ilin iyul ayından “Turan Tovuz”da forma geyinir. Dayaq yarımmüdafiəçisi bu komandanın heyətində 22 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Telavi”, “Merani”, “Zestafoni”, “Liaxvi” kimi klubların da formasını geyinib.

“Turan Tovuz”da daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla da yeni müqavilə imzalanmışdı. Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın və Martin Petkovu transfer edən Tovuz klubu Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov və Siyanda Xulu ilə də yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: