Poçettino Türkiyə millsi ilə oyundan gözləntisini açıqladı

Futbol üzrə ABŞ yığmasının baş məşqçisi Maurisio Poçettino Türkiyə millisi ilə yoldaşlıq oyunundan gözləntisini açıqlayıb.

Arena.az ESPN şəbəkəsinə istinadən, 53 yaşlı argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir.

Xatırladaq ki, “yankilər”in heyətində bir sıra aparıcı oyunçuları – Kristian Pulişiç, Antoni Robinson, Serjinyo Dest, Ueston Makkenni və Timoti Vea olmayacaqlar.

“Bizə, vəziyyətə uyğunlaşmaq gərəkdir. Fikrimcə, onlara daha çox diqqət verməmək gərəkdir. Bu, oyunçulara sadəcə olaraq inanmaq və onlara, bir ildən sonra dünya çempionatında çıxış etmək və yer uğrunda mübarizə aparmaq üçün yaxşı şərtlər təmin etmək cəhdidir.

Əlbəttə, burada olmaq imkanına malik başqa oyunçular, indi burada, müvafiq vəziyyətdə yoxdurlar, amma biz bu gerçəyi dəyişə bilmərik. Odur ki, meydana çıxıb öz oyunumuzu oynayacağıq”, deyə Poçettino vurğulayb.

Xatırladaq ki, ABŞ – Türkiyə oyunu bu gün, iyunun 7-də keçiriləcək. Hakim oyunu Bakı vaxt ilə saat 23:30-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: