“Portu” “Liverpul”un futbolçusunun transfer hüququnu da aldı

Portuqaliyanın “Portu” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Portuqaliya təmsilçisi ötən mövsümü icarə əsasında komandada çıxış edən Marko Qruyiçin transfer hüquqlarını “Liverpul”dan alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Portu” serbiyalı yarımmüdafiəçi üçün Mersisayd klubuna 12 milyon avro ödəyəcək. Qruyiçlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Serbiya yığmasının da üzvü olan Marko Qruyiç ötən mövsüm “Portu”nun heyətində meydana çıxdığı 39 oyunda 2 qol vurub. “Srvena Zvezda”nın yetirməsi olan 25 yaşlı futbolçu, 2016-cı ildən “Liverpul”da idi. O, əvvəllər icarə əsasında “Kolubara”, “Kardiff Siti” və “Herta”da da icarədə oynayıb.