Premyer Liqa: 11-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turunun hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İlk oyun günündə baş tutacaq “Zirə” – “Səbail” matçını Rauf Cabarov, “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək.

“Sumqayıt” – “Qəbələ” qarşılaşması Cavid Cəlilova tapşırılıb. “Neftçi” ilə “Sabah” arasındakı qarşılaşmada Rəvan Həmzəzadə söz sahibi olacaq.

Sonuncu oyun gününə təsadüf edəcək “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşması isə FİFA referisi Əliyar Ağayevə həvalə olunub.

11-ci turun bütün təyinatlarını təqdim edirik:

Premyer Liqa
11-ci tur
28 oktyabr

“Zirə” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İK stadionu, 16:00.

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Tovuz şəhər stadionu, 19:00.

29 oktyabr

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena”, 16:00.

“Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 18:30.

30 oktyabr

“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: