Premyer Liqa: 34 mövsüm, 99 mükafat, 21 komanda

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün bütün mükafatçılarının medallarının əyarı dəqiqləşib.

Arena.az xəbər verir ki, ilk çempionluğu qazanan “Sabah”ın ardından “üçlük”də yerini təmin edən “Qarabağ”la “Turan Tovuz”un hansı əyarlı medal qazandığı 32-ci turda bəlli olub.

“Qarabağ” “İmişli” üzərində 3:0 hesablı qələbə qazanaraq 2-ci yeri təmin edib. Bununla da “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində oynayacağı dəqiqləşib.

32-ci turda səfərdə “Şamaxı”ya 2:3 hesabı ilə məğlub olan “Turan Tovuz” isə Premyer Liqanın 3-cüsü olub. Qərb təmsilçisi Avropa Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Bununla da ötən mövsümün üç mükafatçısından yalnız biri – “Qarabağ” yenə medalçılar sırasında qalıb. “Sabah” fasilədən sonra “üçlüy”ə qayıdıbsa, “Turan Tovuz” ilk dəfə bunu bacarıb. Bir mövsümdə iki komandanın mükafatçılar sırasına qoşulması və yalnız birinin “üçlük”də qalmasına sonunu dəfə 2010/11 mövsümündə təsadüf olunmuşdu. 15 il əvvəl də “Qarabağ” bir mövsüm öncəki kimi mükafatçılar sırasında qalmışdı.

Premyer Liqanın bütün mükafatçıları 

mövsümçempionII yerIII yer
1992Neftçi (Bakı)Xəzər (Sumqayıt)Turan (Tovuz)
1993Qarabağ (Ağdam)Xəzər (Sumqayıt)Turan (Tovuz)
1993/94Turan (Tovuz)Qarabağ (Ağdam)Kəpəz (Gəncə)
1994/95Kəpəz (Gəncə)Turan (Tovuz)Neftçi (Bakı)
1995/96Neftçi (Bakı)Xəzri (Buzovna)Kəpəz (Gəncə)
1996/97Neftçi (Bakı)Qarabağ (Ağdam)Xəzri (Buzovna)
1997/98Kəpəz (Gəncə)Dinamo (Bakı)Şəmkir
1998/99Kəpəz (Gəncə)ŞəmkirNeftçi (Bakı)
1999/2000ŞəmkirKəpəz (Gəncə)Neftçi (Bakı)
2000/01ŞəmkirNeftçi (Bakı)Viləş (Masallı)
2001/02Yarımçıq qalıb   
2002/03Keçirilməyib  
2003/04Neftçi (Bakı)ŞəmkirQarabağ-Azərsun (Ağdam)
2004/05Neftçi (Bakı)Xəzər-LənkəranKarvan (Yevlax)
2005/06BakıKarvan (Yevlax)Neftçi (Bakı)
2006/07Xəzər-LənkəranNeftçi (Bakı)Bakı
2007/08İnter (Bakı)Olimpik (Bakı)Neftçi (Bakı)
2008/09Bakıİnter (Bakı)Simurq (Zaqatala)
 2009/10İnter (Bakı)BakıQarabağ (Ağdam)
2010/11Neftçi (Bakı)Xəzər LənkəranQarabağ (Ağdam)
2011/12Neftçi (Bakı)Xəzər Lənkəranİnter (Bakı)
2012/13Neftçi (Bakı)Qarabağ (Ağdam)İnter (Bakı)
2013/14Qarabağ (Ağdam)İnter (Bakı)Qəbələ
2014/15Qarabağ (Ağdam)İnter (Bakı)Qəbələ
2015/16Qarabağ (Ağdam)Zirə (Bakı)Qəbələ
2016/17Qarabağ (Ağdam)Qəbələİnter (Bakı)
2017/18Qarabağ (Ağdam)QəbələNeftçi (Bakı)
2018/19Qarabağ (Ağdam)Neftçi (Bakı)Səbail (Bakı)
2019/20Qarabağ (Ağdam)Neftçi (Bakı)Keşlə (Bakı)
2020/21Neftçi (Bakı)Qarabağ (Ağdam)Sumqayıt
2021/22Qarabağ (Ağdam)Neftçi (Bakı)Zirə (Bakı)
2022/23Qarabağ (Ağdam)Sabah (Bakı)Neftçi (Bakı)
2023/24Qarabağ (Ağdam)Zirə (Bakı)Sabah (Bakı)
2024/25Qarabağ (Ağdam)Zirə (Bakı)Araz-Naxçıvan
2025/26Sabah (Bakı)Qarabağ (Ağdam)Turan Tovuz

34-cü mövsümü başa çatmaqda olan Azərbaycan çempionatlarından birinin qalibləri müəyyənləşmədiyini nəzərə alsaq, ümumilikdə 33 dəst medal sahibini tapıb. Bu 99 medaldan 21-ni “Neftçi”, 20-ni “Qarabağ” əldə edib.

Yubiley mükafatına sahib çıxan Ağdam klubu gümüş medalların sayında “Neftçi”nin rekorduna çatıb. Hər iki komandanın 5 ikinciliyi var.

“Turan Tovuz” 21-ci mükafatçı kimi tarixə düşübsə, “Sabah” hər üç əyarlı medala sahib çıxan 7-ci komanda olub.

Premyer Liqa tarixinin mükafatçıları klublar üzrə:

klubIIIIII
Qarabağ (Ağdam)1253
Neftçi (Bakı)957
Kəpəz (Gəncə)312
Şamaxı234
Bakı222
Şəmkir220
Turan (Tovuz)112
Xəzər Lənkəran130
Sabah (Bakı)111
Zirə (Bakı)031
Qəbələ023
Xəzər (Sumqayıt)020
Xəzri (Bakı)011
Karvan (Yevlax)011
Olimpik (Bakı)010
Simurq (Zaqatala)001
Viləş (Masallı)001
Səbail (Bakı)001
Sumqayıt001
Araz-Naxçıvan001
Turan Tovuz001


Qeyd edək ki, “Bakı” “Dinamo”, “Şamaxı” “İnter” və “Keşlə”, “Qarabağ” “Qarabağ-Azərsun”, AZAL isə “Olimpik” adı altında mükafat qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: