Premyer Liqa: “Kəpəz” “Şamaxı”nı məğlub yola saldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçı sonuncu pillədə qərarlaşan “Kəpəz”lə çempionatın digər autsayderi “Şamaxı” arasında baş tutub. Gəncə şəhər stadionunda baş tutan qarşılaşma kifayət qədər məhsuldar alınıb. Qol duellosunun yekununda qələbəni meydan sahibləri bayram ediblər. Bu qələbə Gəncə təmsilçisinin sonuncu pilləni tərk etməsinə şərait yaradıb. Hazırda “Kəpəz” 17 xalla 8-ci pillədə qərarlaşıb. 16 xala malik “Şamaxı” 9-cu, eyni xalı olan “Səbail” isə sonuncudur.

Xatırladaq ki, 23-cü turun “Qəbələ” – “Sumqayıt” və “Neftçi” – “Səbail” oyunları sabah keçiriləcək. “Zirə” – “Qarabağ” və “Sabah” – “Turan Tovuz” görüşləri isə fevralın 19-da baş tutacaq.

Azərbaycan Premyer Liqası
23-cü tur

17 fevral

“Kəpəz” – “Şamaxı” 3:2
Qol: Abdullahi Şuaybu, 10. Mate Kvirkviya, 53; 72 – Fuad Bayramov, 22. Rəhman Daşdəmirov, 62.
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov.
Gəncə şəhər stadionu, 14:00.

Kəpəz: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Şamaxı: 1. Rəşad Əzizli (k), 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 90. Əli Səmədov, 2. Rauf Hüseynli, 21. Qurban Səfərov, 79. Emil Qasımov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: