Premyer Liqa: “Kəpəz” “Turan”a, “Zirə” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turununun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Kəpəz”lə “Turan Tovuz” arasında keçiriləcək. Qarşılaşma Gəncə şəhər stadionunda keçiriləcək. Bu, Gəncə təmsilçisinin yenidən inşa olunmuş bu arenada ilk görüşü olacaq. Oyunu Kamal Umudlu idarə edəcək.

Turun mərkəzi oyununda “Zirə” “Neftçi”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyuna saat 20:15-də start veriləcək. Görüşün baş hakimi Elçin Məsiyev olacaq.

Premyer Liqa
3-cü tur

29 avqust

“Qəbələ” – “Şamaxı” 0:0
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev.
VAR: Elvin Bayramov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 18:00.

“Şəfa” – “İmişli” 0:1
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Sumqayıt Arena”, 20:15.

30 avqust

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu, 18:00.

“Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 20:15.

31 avqust

“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Qəbələ şəhər stadionu, 18:00.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 20:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: