Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 7-ci turdan təxirə salınmış daha bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçı “Mançester Siti” ilə “Tottenhem” komandaları arasında keçirilib.
Görüşdə hesabı ilk yarının sonlarında qonaqlar açıblar. Meydan sahibləri özlərinə gəlməmiş London təmsilçisi hesab arasındakı fərqi daha da artırıb. Mançester təmsilçisi isə fasilədən sonra “ayılıb”. Ardıcıl dörd qol vuran “şəhərlilər” əzmkar qələbəyə seviniblər.
Bu qələbədən sonra “Mançester Siti” 42 xalla ikincidir. Lider “Arsenal”ın 47 xalı var. İlk üç pilləni “Mançester Yunayted” (39) xal qapayır. “Nyukasl”ın 38, beşinci olan “Tottenhem”in 33 xalı var.
İngiltərə Premyer Liqası
7-ci turun oyunu
19 yanvar
Mançester Siti – Tottenhem 4:2
Qol: X.Alvares, 51. Haland, 53. Mahrez, 63; 90 – Kuluşevski, 44. Emerson, 45+2.


