Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu matçında “Araz-Naxçıvan”la “Neftçi” komandaları üz-üzə gəliblər.
“Dalğa Arena”da baş tutan bu oyunda meydan sahibləri minimal hesabla qalib gəliblər.
Daha öncə “Zirə” doğma meydanda “Sumqayıt”a 1:0 hesabıyla qalib gəlmişdisə, “Səbail” “Kəpəz”i səfərdə 3:0 hesabıyla məğlub etmişdi. Tura sabah keçiriləcək “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
6-cı tur
16 sentyabr
“Araz-Naxçıvan” – “Neftçi” 1:0
Qol: Orxan Əliyev, 81-pen.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev.
Bakı. “Dalğa Arena”, 18:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 19. Azər Salahlı, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 25. Aaron Olanare, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.


