Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 33-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun üçüncü oyunu bu gün “Turan Tovuz”la “Neftçi” arasında baş tutub.
Tovuz təmsilçisi doğma meydanda 4 cavabsız qola sevinib.
Bu gün daha bir oyun keçiriləcək. Günün digər matçı “Sumqayıt”la “Səbail” arasında olacaq.
Xatırladaq ki, daha öncə “Kəpəz” “Sabah”a, “Şamaxı” isə “Zirə”yə 0:3 hesabıyla uduzub. Tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
33-cü tur
7 may
“Turan Tovuz” – “Neftçi” 4:0
Qollar: Runi Eva, 16; 44; 61. Roderik Miller, 21.
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev.
Tovuz şəhər stadionu, 15:00.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 44. Elçin Qasımov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze.
Baş məşqçi: Laurentsiu Regekampf.


