Futbol üzrə Azərbaycan Premyer Liqasıda 8-ci turun oyun cədvəli açıqlanıb. Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, növbəti turun görüşləri 3 günü əhatə edəcək.
İlk oyun günündə “Sabah” “Sumqayıt”ı, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.
Növbəti gün “Keşlə” ilə “Qəbələ” komandaları qarşılaşacaq.
Turun qapanış matçında “Səbail” “Qarabağ”la üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
8-ci tur
23 oktyabr
16:00. “Sabah” – “Sumqayıt”
Masazır. “Bank Respublika Arena”.
18:15. “Neftçi” – “Zirə”
Bakı. “Bakcell Arena”.
24 oktyabr
16:00. “Keşlə” – “Qəbələ”
Bakı. “ASK Arena”.
25 oktyabr
19:00. “Səbail” – “Qarabağ”
Bakı. “ASCO Arena”.


