Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun qapanış matçında son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bu görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Ağdam təmsilçisi bu oyunda qalib gəlməklə əsas izləyicilərindən daha da uzaqlaşacaq. “Qəbələ”yə isə qələbə son pillələrdən qurtulmaq üçün çox lazımdır.
“Qarabağ”la “Qəbələ” bu günə qədər 59 oyunda qarşılaşıblar. Bu görüşlərdə Ağdam təmsilçisi 34 qələbə qazanıb. 10 oyun “Qəbələ”nin qələbəsiylə yekunlaşıbsa, 15 görüşdə qalib müəyyənləşməyib. “Qarabağ” son 7 oyunda qol vurub. “Qəbələ” 21 matçdır qələbə qazanmır.
Premyer Liqa
15-ci tur
2 dekabr
“Araz-Naxçıvan” – “Səbail” 1:1
Qollar: Məhəmməd Kadiri, 18 – Numan Kurdiç, 90+3-öz qapısına.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.
“Turan Tovuz” – “Sumqayıt” 2:2
Qollar: Luis Paçu, 49. Otto Con, 53 – Elvin Bədəlov, 6. Roi Kehat, 36.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu, 18:30.
3 dekabr
“Kəpəz” – “Sabah” 0:2
Qollar: Qollar: Anatoli Nuriyev, 6. Namiq Ələsgərov, 15.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 15:00.
“Neftçi” – “Zirə” 1:0
Qol: Rəhman Hacıyev, 60.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 17:00.
4 dekabr
“Qarabağ” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.


