Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023-cü ilə təsadüf edəcək sonuncu – 18-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilin son turunun ilk oyunu Qəbələdə baş tutub.
Burada şəhərin eyniadlı komandası “Sabah”ı qəbul edib. Bu ilin yayında Azərbaycanı avrokuboklarda təmsil etmiş bu iki komanda Premyer Liqanın 2023/2024 mövsümündə heç də uğurlu çıxış etmir. Xüsusilə də “Qəbələ”nin durumu daha ciddi idi. Keçirdiyi 17 oyunda cəmi 11 xal qazanmış əyalət təmsilçisi 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşmışdı. 22 xala malik “Sabah” isə 7-ci idi.
Qəbələ şəhər stadionunda keçirilən görüş iki komanda arasında 25-ci matç olub. Buna qədər rəqiblər ümumilikdə 24 dəfə görüşmüşdülər. Əvvəlki oyunlarda “Qəbələ” 9 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 12 dəfə uduzmuşdu. “Qəbələ” son 8 oyunda qələbə qazana bilməmişdisə, “Sabah” son 5 görüşdə ümumiyyətlə xal itirməmişdi.
Bu gün baş tutan oyun isə “Qəbələ”nin qələbəsiylə yekunlaşıb. Müdafiəçi Murad Musayevin vurduğu yeganə qol komandasına Murad Musayevin çalışdırdığı kollektiv üzərində qələbə qazandırıb.
18-ci turun “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Səbail” oyunları sabah keçiriləcək. “Neftçi” – “Kəpəz” və “Zirə” – “Qarabağ” görüşləri isə 24 dekabrda baş tutacaq.
Premyer Liqa
18-ci tur
22 dekabr
“Qəbələ” – “Sabah” 1:0
Qol: Murad Musayev, 45+2.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Qəbələ şəhər stadionu, 16:00.
Qəbələ: 13. Kristof Atanqana, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 10. Omar Hani.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 16. Rüstəm Samiqullin, 77. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 24. Maruan Hadudi, 19. Emmanuel Apeh, 28. Kahim Parris, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.


