Premyer Liqa: “Qəbələ” – “Qarabağ” matçı təxirə salındı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci və 23-cü turlarının oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər iki turun bütün görüşləri canlı yayımlanacaq.

22-ci turun oyunları 11-13 fevral aralığında keçiriləcək. 23-cü turun qarşılaşmaları isə 17-18 fevralda baş tutacaq.

Yeri gəlmişkən, “Qarabağ”ın rəsmi müraciəti, “Qəbələ”nin razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq Ağdam klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə 23-cü turun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sı ilə mübarizə aparacaq. Sözügedən komandalar arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə bir həftə sonra Azərbaycanda keçirəcək.

Premyer Liqa
22-ci tur
11 fevral

“Qarabağ” – “Sabah”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

12 fevral

“Kəpəz” – “Səbail”
Qəbələ şəhər stadionu, 15:00.

13 fevral

“Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu, 15:00.

“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 17:15.

“Araz-Naxçıvan” –“Neftçi”
Bakı. “Dalğa Arena”, 19:30.

23-cü tur
17 fevral

“Sabah” – “Kəpəz”
“Masazır Arena”, 16:00.

“Səbail” – “Araz-Naxçıvan”
“Bayıl Arena”, 18:30.

18 fevral

“Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30.

“Neftçi” – “Zirə”
Bakı. “Neftçi Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: