Premyer Liqa: “Qəbələ” “Sumqayıt”a evdə uduzdu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə ilk matçı Qəbələdə baş tutub.

Burada “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. Daha öncə 45 dəfə qarşılaşmış bu komandalar 14 oyunda heç-heçəyə razılaşmışdılar. “Qəbələ” buna qədər 25, “Sumqayıt” isə 6 qələbə qazanmışdı.

14 xalla çempionatın aşkar autsayderi olan Qəbələnin eyniadlı təmsilçisi 2024-cü ilə uğurlu start verməyi hədəfləmişdi. Lakin “Sumqayıt” səfər oyununda növbəti qələbə qazanmaqla 2-ci pillədəki “Zirə” ilə xallarını (30) bərabərləşdirib.

19-cu tura bu gün keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq. Əvvəlki oyunlardan “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” oyunları qolsuz bitmişdi. “Kəpəz” – “Turan Tovuz” matçında isə meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər.

Premyer Liqa
19-cu tur
23 yanvar

“Qəbələ” – “Sumqayıt” 0:1
Qol: Kazimir Ninqa, 74-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu, 16:30.

Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 27. Eşqin Əhmədov, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: