Premyer Liqa: “Qəbələ” Sxadadzenin debütündə 4 qola üzüldü

Bu gün futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 23-cü turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyunu keçirilib.

Arena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyuna saat 19:00-da start verilib.

Xatırladaq ki, bu qarşılaşma fevralın 16-da keçirilməli idi. Lakin “Qarabağ”ın rəsmi müraciəti, “Qəbələ”nin razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq Ağdam klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə oyun PFL tərəfindən yanvarın 18-də təxirə salınmışdı.

Son çempion “Qarabağ” bu oyundan öncə 54 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edirdi. Ağdam təmsilçisi ən yaxın izləyicisi olan “Sumqayıt”la “Neftçi”ni 18 xal qabaqlayırdı. Hesabında 15 xal olan “Qəbələ” isə sonuncu – 10-cu pillədə qərarlaşmışdı. Ağdam klubu çempionatın aşkar autsayderinə qalib gəlməklə əsas izləyiciləri ilə xal fərqini 21-ə çatdıra bilərdi.

“Qəbələ” “Qarabağ”la oyuna yeni baş məşqçi ilə çıxıb. Belə ki, bir neçə gün öncə Elmar Baxşıyevlə yollarını ayırmış əyalət təmsilçisi onu vaxtilə Azərbaycanda “Standart” və “İnter”i də çalışdırmış Kaxaber Sxadadze ilə əvəzləyib. Gürcüstandan olan 55 yaşlı mütəxəssis 9 il sonra qayıtdığı Azərbaycanda ilk oyununu köhnə rəqibi – Qurban Qurbanovlu “Qarabağ”a qarşı keçirib.

Sxadadzenin “Qəbələ”dəki debütü uğursuz alınıb. Qurbanovun komandası bu oyunda 4 cavabsız qolla qalib gəlib.

Premyer Liqa
23-cü turun oyunu
28 fevral

“Qəbələ” – “Qarabağ” 0:4
Qollar: Adama Diakabi, 47. Riçard Almeyda, 59-pen. Nəriman Axundzadə, 65. Marko Yankoviç, 80.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu.

Qəbələ: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 6. Fares Abu Akel, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Kaxaber Sxadadze.

Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: