Premyer Liqa: “Qəbələ” Tovuzdan 1 xalla qayıdır

Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan iki qarşılaşmadan biri artıq başa çatıb.

Günün ilk matçı Tovuzda yerli “Turan Tovuz”la “Qəbələ” arasında baş tutub. Oyunda hesabı meydan sahibləri açıblar. Amma qonaqlar buraxılan qolun əvəzini elə ilk hissədə çıxa biliblər. Qalan dəqiqələrdə hesab dəyişməyib. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

İkinci oyun gününün sonuncu oyununda lider “Qarabağ”la çempionatın autsayderi “Səbail” üz-üzə gələcək.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Kəpəz” – “Zirə” matçında qalib müəyyənləşməyib – 1:1. “Sabah” isəə “Sumqayıt”a 4:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
26-cı tur
11 mart

“Turan Tovuz” – “Qəbələ” 1:1
Qol: Runi Eva, 19-pen – Felipe Santos, 39.
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 55. Siyanda Xulu, 30. Piruzi Marakvelidze, Belaydi Pusi, 25. Denis Marandiç, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev.
Baş məşqçi: Ayxan Abbasov.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: