Premyer Liqa: “Qəbələ” və “Zirə”dən heç-heçə, “Keşlə”dən qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçında “Səbail”lə “Keşlə” üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə sevinən tərəf olub.

Günün digər qarşılaşması isə “Qəbələ” ilə “Zirə” arasında baş tutub. Oyunda hesabı qonaqlar açıblar. Amma fasilədən sonra Qəbələ təmsilçisi hesaba tarazlıq gətirə bilib. Beləcə, bu oyunda komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Turun qalan iki oyunu sabah – oktyabrın 17-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
7-ci tur
16 oktyabr

“Səbail” – “Keşlə” 1:2
Qol: R.Əliyev, 71 – T.Quliyev, 68. A.Abanq, 81.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov.
Bakı. “ASCO Arena”, 15:00.

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 31. Nail Alışov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 8. Elşən Abdullayev, 2. Elton Əlibəyli, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 23. Nicat Qurbanov, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 9. Anatole Abanq, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov, 55. Raul Həsənzadə.
Baş məşqçi: Sənan Qurbanov.


“Qəbələ” – “Zirə” 1:1
Qol: Ü.İsgəndərov, 79 – C.Hüseynov, 18.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 94. Nicat Mehbalıyev, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov (k).
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 10. Ağabala Ramazanov, 32. Qismət Alıyev, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 11. Velves Santos, 13. Ramin Əhmədov.
Baş məşqçi: Rəşad Sadıqov.