Premyer Liqa: Qərb derbisində “Turan Tovuz” sevindi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə qarşılaşıb. Tovuz şəhər stadionunda baş tutan qərb derbisini Vüqar Həsənli idarə edib.

Bu oyundan öncə Tovuz təmsilçisi 7 xalla 5-ci pillədə qərarlaşmışdı. Xalı olmayan Gəncə klubu isə sonuncu idi. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Beləcə, “Turan Tovuz” xallarının sayını 10-a çatdırıb. Yeni baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında çıxdığı ilk oyundan da məğlub ayrılan “Kəpəz” isə hələ də xala həsrətdir.

6-cı turun digər 4 matçı şənbə və bazar günləri keçiriləcək. Sentyabrın 10-da “Qəbələ” – “Neftçi” və “Səbail” – “Zirə”, 1 gün sonra isə “Sumqayıt” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları baş tutacaq.

Azərbaycan Premyer Liqası
6-cı tur
9 sentyabr

Turan Tovuz – Kəpəz 2:0
Qol: R.Eva, 39; 77-pen.
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Tovuz şəhər stadionu.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Kəpəz: 12. Kamran İbrahimov, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 72. Zahid Mərdanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Rinat Quseinov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Tərlan Əhmədov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: