Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında “Zəfər turu” adı verilən 11-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
Əvvəlcə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşmış “Qəbələ” səfərdə “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Əyalət təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb. Qonaqların bu qələbəsində meydan sahiblərinin ikinci hissənin əvvəlindən etibarən azlıqda qalması da rol oynayıb.
Turun qapanış matçında isə lider “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Bu oyun da qonaqların qələbəsiylə yekunlaşıb. Ağdam təmsilçisi rəqibini böyük hesabla məğlub edib. Musa Qurbanlının dubla imza atdığı görüşdə Filip Ozobiç bir penaltini də boşa verib. Bu nəticələrdən sonra artıq “Qarabağ” əsas izləyicilərindən 5 xal önə keçib. “Neftçi” üçüncü pilləyə düşübsə, “Qəbələ” ikinci sıraya yüksəlib.
Xatırladaq ki, ilk oyun günündə “Sabah”la “Zirə”nin görüşü heç-heçə (3:3) bitib, “Keşlə” – “Neftçi” matçında isə meydan sahibləri qələbə qazanıblar – 3:2.
Azərbaycan Premyer Liqası
10-cu tur
7 noyabr
“Səbail” – “Qəbələ” 0:2
Qol: E.Səfərov, 88. M.İsayev, 90+5.
Qırmızı vərəqə: Y.Qoxa, 56.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Bakı. “ASCO Arena”, 15:00.
Səbail: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 99. Vidadi Cəfərov.
Ehtiyat oyunçular: 31. Nail Alışov,11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 24. Elvin Sərkarov, 72. Aydın Ağazadə, 38. Zeynəddin Abdurahmanov.
Məşqçi: Vüqar Məmməd.
Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 8. Stefan Vukçeviç, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 6. Kamal Mirzəyev, 9. Fernan Lopes, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.
“Sumqayıt” – “Qarabağ” 0:4
Qol: R.Şeydayev, 39. M.Qurbanlı, 45+3; 77. M.Medvedev, 51-pen.
Matçın 8-ci dəqiqəsində F.Ozobiç penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:30.
Sumqayıt: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 98. Emil Əliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 21. Sənan Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 17. Qaspar Panadero, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.


