Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Son çempion və lider “Qarabağ” səfərdə “Kəpəz”lə qarşılaşıb. Gəncə şəhər stadionunda baş tutan oyunda hesabı Ağdam təmsilçisi açıb. Amma fasilədən dərhal sonra gəncəlilər buraxılan topun əvəzini çıxıblar. Yekunda tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Bu turun “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları sabah – fevralın 5-də keçiriləcək. “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” matçları isə ayın 6-da baş tutacaq.
Azərbaycan Premyer Liqası
21–ci tur
4 fevral
“Kəpəz” – “Qarabağ” 1:1
Qol: A.Ayzaya, 50 – M.Qurbanlı, 24.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cəmil Quliyev, Əli Əliyev.
Gəncə şəhər stadionu, 14:00.
Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 6. Julio Romao, 99. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.


