Premyer Liqa: “Qarabağ” Qəbələdən çətin qələbə ilə döndü

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında son çempion “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Ağdam klubu səfərdən qələbə ilə dönməklə liderlər qrupunda möhkəmlənməyi hədəfləmişdi. Meydan sahibləri isə xal və xallar qazanmaqla autsayderlikdən qurtulmaq arzusunda idilər.

Üç qolun qeydə alındığı oyun qonaqların çətin qələbəsiylə yekunlaşıb. Nəticədə “Qəbələ” mövsümdə 5-ci məğlubiyyətinə üzülüb.

Xatırladaq ki, əvvəlki günlərdə baş tutan bu turun “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçlarında qalib müəyyənləşməmişdi. “Səbail” isə “Araz-Naxçıvan”ı doğma meydanda 1:0 hesabıyla məğlub etmişdi.

Premyer Liqa
7-ci tur
25 sentyabr

“Qəbələ” – “Qarabağ” 1:2
Qollar: Lukas Afriko, 75 – Hamidu Keyta, 2. Nəriman Axundzadə, 11.
Qırmızı vərəqə: Kevin Medina, 42.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev.
Qəbələ şəhər stadionu, 19:00.

Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: