Premyer Liqa: “Qarabağ” və “Səbail” 3 xalı 4 qolla qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Günün ilk matçı “Səbail” və “Kəpəz” komandaları arasında baş tutub. Beş qolun qeydə alındığı matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər. Belə ki, hesabı qonaqlar açsa da, “dənizçilər” qalan dəqiqələrdə 4 qol vurublar.

Günün ikinci görüşündə isə son çempion “Qarabağ”la “Şamaxı” üz-üzə gəlib. Bu oyunda da Ağdam təmsilçisi darmadağınla qalib gəlib.

Turun ilk 2 oyununda “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edibsə, “Neftçi” “Zirə”yə qalib gəlib – 2:1. Tura avqustun 28-də keçiriləcək “Qəbələ” – “Sabah” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
4-cü tur
27 avqust

Səbail – Kəpəz 4:1
Qol: Q.Zakpa, 51. F.Mazurek, 55. A.Ramazanov, 74; 90+4 – Ə.İsmayılov, 11.
Qırmızı vərəqə: R.Əliyev, 70. T.Axundov, 90+3.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
“ASCO Arena”.

Səbail: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov (k), 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 6. Cabir Əmirli, 72. Emin Zamanov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 27. Emil Martinov, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa.
Baş məşqçi: Mahmud Qurbanov.
Kəpəz: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 22. Əfran İsmayılov, 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 80. Tural Rzayev, 10. Əli Səmədov, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 27. Samir Məhərrəmli, 72. Zahid Mərdanov, 17. Ümid Səmədov, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Yaşar Vahabzadə.


Qarabağ – Şamaxı 4:0
Qol: K.Ovusu, 36. L.Andrade, 55. R.Şeydayev, 64; 72.
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
“Azersun Arena”.

Qarabağ: 23. Luka Quqeşaşvili, 30. Abbas Hüseynov (k), 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 20. Kadi Borges.
Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 55. Adil Nağıyev, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov.
Baş məşqçi: Vüqar Əsgərli.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: