Premyer Liqa: “Qarabağ” yenə xal itirdi – bu dəfə evdə

Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə turnir cədvəlinin alt pillələrində qonşu olan “Kəpəz” və “Şamaxı” komandaları üz-üzə gəlib. Bu oyunda hesabı Gəncə təmsilçisi açsa da, meydan sahibləri məğlubiyyətdən xilas olmağı bacarıblar. Yekunda heç-heçə qeydə alınıb.

Günün sonuncu matçında isə lider “Qarabağ” “Zirə”ni sınağa çəkib. Bu oyunda da qalib müəyyənləşməyib. Şamaxıdakı matçla müqayisədə, Suraxanıdakı görüşdə ümumiyyətlə qapılara qol vurulmayıb. Nəticədə Ağdam təmsilçisi bu mövsüm ardıcıl ikinci xal itkisi ilə üzləşib. Qurban Qurbanovun yetirmələri ilk olaraq ötən tur “Sabah”la matçda (0:0) belə aqibətlə üzləşmişdilər.

Xatırladaq ki, 15-ci turun ilk oyun günündə “Neftçi” “Səbail”i 3:1 hesabıyla məğlub edib. Tura sabah keçiriləcək “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
15-ci tur
28 noyabr

“Şamaxı” – “Kəpəz” 1:1
Qol: B.Həziyev, 68 – M.Erqemlidze, 11.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Şamaxı şəhər stadionu, 14:00.

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov.
Baş məşqçi: Vüqar Əsgərli.
Kəpəz: 68. Orxan Sadıqlı (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 24. Mixeil Erqemlidze.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 8. Tural Axundov, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 5. Peyman Keşavarzi, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Tərlan Əhmədov.

“Qarabağ” – “Zirə” 0:0
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov.
Bakı. “Azersun Arena”, 19:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: