Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan iki oyundan biri artıq başa çatıb.
Çempionatın aşkar autsayderi “Səbail” “Turan Tovuz”u qəbul edib. Hesabı meydan sahibləri açıblar. Amma qonaqlar buraxılan qolun əvəzini vaxtında çıxa biliblər. Beləcə, tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Günün digər oyununda “Neftçi” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” səfərdə “Sumqayıt”a 6:0, “Sabah” isə “Zirə”yə 2:0 hesabıyla qalib gəlib. Tura sabah keçirilcək “Qəbələ” – “Şamaxı” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
27-ci tur
16 mart
“Səbail” – “Turan Tovuz” 1:1
Qol: D.Qomis, 28 – T.Vəlizadə, 45.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Bakı. “ASCO Arena”, 16:00.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 27. Emil Martinov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Siyanda Xulu, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.


